Главная > Dünya > Britaniyanın Baş naziri iğtişaşçıları cəzalandıracağına söz verib
Britaniyanın Baş naziri iğtişaşçıları cəzalandıracağına söz verib5-08-2024, 08:53. Разместил: azadses |
“Böyük Britaniyanın müxtəlif şəhərlərində baş verən iğtişaşların iştirakçıları əməllərinə görə peşman olacaqlar”. “Report” xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer xalqa müraciətində deyib. Baş nazir vurğulayıb ki, o, zorakı ifrat sağçılar tərəfindən təşkil edilən iğtişaşları banditizm adlandırmaqdan çəkinmir. Starmer iğtişaşların fəal iştirakçılarının, eləcə də internetdə vəziyyəti qızışdıranların bundan peşman olacağına zəmanət verib. O, qanunu pozanların hamısının dərhal cəzalandırılmasının vacibliyini vurğulayıb. Bundan əvvəl Böyük Britaniyanın Daxili İşlər Nazirliyi etirazlar fonunda məscidlərdə təhlükəsizliyi gücləndirmək üçün 30 milyon funt sterlinq ayırıb. Вернуться назад |