Главная > Dünya > Maduro: Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb
Maduro: Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb4-08-2024, 17:09. Разместил: azadses |
Nikolas Maduronun Venesuela Prezidenti vəzifəsinə yenidən seçilməsinə qarşı etiraz aksiyları zamanı 2 minə yaxın insan həbs edilib. “Report” “Reuters”ə istinadən xəbərinə görə, bu barədə dövlət başçısı şənbə günü Karakasda keçirilən mitinqdə tərəfdarlarına məlumat verib. O bildirib ki, 2014 və 2017-ci illərdəki iğtişaşlardan fərqli olaraq, bu iğtişaşlar uzun sürməyəcək, Maduro günahkarların hamısına "maksimum cəza" vəd edib. "Bu dəfə heç bir bağışlanma olmayacaq", - o deyib. Venesuela lideri daha əvvəl ölkədə baş verən iğtişaşlar zamanı iki hərbçinin həlak olduğunu bildirib. Вернуться назад |