Главная > Dünya > Somali çimərliyində kamikadezlər terror törədib, 20 nəfər ölüb

Somali çimərliyində kamikadezlər terror törədib, 20 nəfər ölüb


3-08-2024, 08:53. Разместил: azadses
Somalinin paytaxtı Moqadişoda kamikadze çimərlikdə özünü partladıb.

“Report” xəbər verir ki, bu barədə “Gawore Online” məlumat yayıb.

“Somalinin paytaxtında bir otelin çimərliyində kamikadze özünü partladıb. İstirahət edən 20 nəfər həlak olub, ondan çoxu isə qəlpələrdən yaralanıb”, - məlumatda deyilir.

“Yerli Shabelle Media” portalı hadisə şahidlərinə istinadən yazır ki, hücumu 4 terrorçu həyata keçirib. Partlayış yerli vaxtla təxminən 19:30-da (Bakı vaxtı ilə 22:30) çimərlikdə çoxlu istirahət edənlərin olduğu zaman baş verib.

Partlayışdan sonra yaxınlıqda, ehtimal ki, otellərdən birinin içərisində atışma başlayıb. Hücuma görə məsuliyyəti radikal islamçı “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.


Вернуться назад