Главная > Dünya > Boliviya Venesuelada dövlət çevriliş cəhdini pisləyib

Boliviya Venesuelada dövlət çevriliş cəhdini pisləyib


2-08-2024, 08:51. Разместил: azadses
Boliviya hakimiyyəti Venesuelada dövlət çevrilişi cəhdini qəti şəkildə pisləyib və ümummilli dialoqu dəstəkləyib.

“Report” xəbər verir ki, bu barədə Boliviya XİN-in bəyanatında deyilir.

"Boliviyanın Xarici İşlər Nazirliyi Prezident Nikolas Maduroya qarşı dövlət çevrilişi cəhdini və 28 iyul prezident seçkilərində demokratik şəkildə ifadə olunan Venesuela xalqının iradəsini əvəz etmək planlarını qətiyyətlə pisləyir", - diplomatlar qeyd ediblər.

"Boliviya, dialoq tərəfdarı olan dövlət kimi, Venesuelada Konstitusiya qaydasını dəyişdirmək məqsədi ilə irəli sürülən zorakılıq hərəkətlərini rədd edir", - nazirlikdən əlavə edilib.


Вернуться назад