Главная > Dünya > Tramp seçkilərin nəticələrinə təsir edən ştatların çoxunda Harrisə uduzur

Tramp seçkilərin nəticələrinə təsir edən ştatların çoxunda Harrisə uduzur


31-07-2024, 09:41. Разместил: azadses
Keçmiş ABŞ lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir edən yeddi ştatdan dördündə ABŞ-ın vitse-prezidenti Kamala Harrisə uduzur.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” və “Morning Consult”un keçirdiyi sorğunun nəticələrində göstərilib.

Harris Arizona (49% - 47%), Viskonsin (50% - 47%), Miçiqan (53% - 42%), Nevada (47% - 45%) ştatlarında Tramp üzərində üstünlüyə malikdir.

Corciya ştatında namizədlər eyni səviyyədə dəstək alsalar da (47%), Tramp Pensilvaniya (50%-46%) və Şimali Karolinada (50%-46%) daha çox dəstəkçiyə malikdir.

Sorğu iyulun 24-dən iyulun 28-dək aparılıb və 17 ştatdan 5 minə yaxın amerikalı seçici iştirak edib.


Вернуться назад