Главная > Dünya > Aİ təmkinli olmağa və Holan hücumu ilə bağlı beynəlxalq araşdırmaya çağırıb
Aİ təmkinli olmağa və Holan hücumu ilə bağlı beynəlxalq araşdırmaya çağırıb28-07-2024, 13:00. Разместил: azadses |
Avropa İttifaqı (Aİ) Holan yüksəkliklərinə edilən hücumla bağlı beynəlxalq təhqiqatın aparılmasına, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə və eskalasiyadan qaçmağa çağırıb. "Report"un məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel “X”də yazıb. "Məcdəl Şəms kəndindəki futbol meydançasından şok görüntülər. Mən qətliamı qəti şəkildə pisləyirəm. Bu qəbuledilməz insidentlə bağlı beynəlxalq araşdırmaya ehtiyacımız var. Bütün tərəfləri maksimum təmkinli olmağa və daha da gərginləşmədən qaçmağa çağırırıq", - Borrel yazıb. Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Onların arasında uşaqlar və yeniyetmələr də var. Вернуться назад |