Главная > Dünya > ABŞ Holan yüksəkliklərinə hücumu pisləyib

ABŞ Holan yüksəkliklərinə hücumu pisləyib


28-07-2024, 08:52. Разместил: azadses
ABŞ İsrailin nəzarətində olan Holan yüksəkliklərinə hücumu pisləyir, Vaşinqton gələcək təcavüzdən qorunmaq üçün İsrail tərəfinə dəstək verməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.

"Bu dəhşətli hücumu pisləyirik. İsrail öz təhlükəsizliyi üçün ciddi təhdidlərlə üzləşməyə davam edir və ABŞ bu dəhşətli hücumlara son qoymaq üçün səylərini dəstəkləməyə davam edəcək", - o deyib.

Şuranın nümayəndəsi əlavə edib ki, ABŞ-nin İsrailin Livanın “Hizbullah” hərəkatı da daxil olmaqla, İranın dəstəklədiyi bütün terror qruplaşmalarına qarşı mübarizəsinə dəstəyi sarsılmazdır.


Вернуться назад