Главная > Dünya > Barselona limanında 4 ton kokain müsadirə edilib

Barselona limanında 4 ton kokain müsadirə edilib


27-07-2024, 08:52. Разместил: azadses
Barselona limanında beynəlxalq cinayətkar qruplaşma yaxalanıb və dörd ton kokain müsadirə olunub.

”Report” xəbər verir ki, bu barədə “Reuters” İspaniya hüquq-mühafizə orqanlarına istinadən bildirib.

Qeyd olunub ki, əməliyyat zamanı hüquq-mühafizə orqanları 10 cinayətkarı həbs edib.

Kokain Paraqvaydan gətirilmiş düyü konteynerlərində tapılıb.


Вернуться назад