Главная > Dünya > İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza raket atəşinə tutulub

İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza raket atəşinə tutulub


26-07-2024, 09:41. Разместил: azadses
İraqda beynəlxalq koalisiya qoşunlarının Ənbar vilayətindəki istifadə etdiyi Ayn əl-Əsəd aviabazası raket atəşinə tutulub.

“Report” xəbər verir ki, bu barədə “Shafaq News” portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ qüvvələrinin yerləşdiyi aviabazaya ən azı iki raket atılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları mərmilərin hansı ərazidən atıldığını müəyyən etmək üçün əməliyyata başlayıb.

Mümkün maddi ziyan və hücumun arxasında kimin ola biləcəyi barədə məlumat verilməyib.


Вернуться назад