Главная > Dünya > Filippin bayrağı altında mazut daşıyan tanker batıb

Filippin bayrağı altında mazut daşıyan tanker batıb


25-07-2024, 08:52. Разместил: azadses
Manila körfəzində Filippin bayrağı altında 1,4 milyon litr mazut daşıyan tanker çevrilərək batıb.

"Report" xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat yayıb.

Filippinin nəqliyyat naziri Xayme Bautista bildirib ki, 17 ekipaj üzvündən 16-ı xilas edilib, bir nəfər itkin düşüb.

Yerli hakimiyyət orqanları da buxtaya sızan yanacağın qarşısını almaq üçün səy göstərir.
Вернуться назад