Главная > Dünya > KXDR Cənubi Koreyaya yenidən zibil balonları buraxıb

KXDR Cənubi Koreyaya yenidən zibil balonları buraxıb


24-07-2024, 15:30. Разместил: azadses
Şimali Koreya 10-cu dəfə Koreya Respublikasına doğru zibillə dolu şarları havaya uçurub.

“Report” xəbər verir ki, bu barədə Seul rəhbərliyi məlumat yayıb.

“Seulda Şimali Koreyadan düşmüş zibil balonları tapılıb”, – Seul meriyasının məlumatında diqqətə çatdırılıb.

Onlar həmvətənlərindən bu obyektlərə yaxınlaşmamalarını və balonlar aşkar edilərsə, hərbçilərə və ya polisə məlumat vermələrini xahiş ediblər.


Вернуться назад