Главная > Dünya > Rusiya XİN İranda “Mir” kartlarının tətbiqinə başlanacağının anonsunu verib

Rusiya XİN İranda “Mir” kartlarının tətbiqinə başlanacağının anonsunu verib


24-07-2024, 13:00. Разместил: azadses
Rusiya yaxın vaxtlarda İranda “Mir” kartlarının işə salınacağına və iki ölkənin ödəniş sistemlərinin birləşdirilməsi məsələsinin tamamilə həll olunacağına ümidlidir.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində söyləyib.

“Milli ödəniş sistemlərinin birləşdirilməsi məsələsi ticarət-iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın xüsusi mexanizmi, eləcə də mərkəzi bankların rəhbərləri arasında müntəzəm təmaslar çərçivəsində müzakirə olunur. Ümid edirik ki, yaxın gələcəkdə bu sahədə bütün problemləri həll edə biləcəyik”, – diplomat vurğulayıb.


Вернуться назад