Главная > Dünya > Monqolustanda taundan ölüm hallarının çoxalmasının səbəbi məlum olub

Monqolustanda taundan ölüm hallarının çoxalmasının səbəbi məlum olub


22-07-2024, 09:42. Разместил: azadses
Monqolustanda bubonlu taun patogeni yüksək virulentlidir və bu, xəstəlikdən ölüm hallarının artmasına səbəb olur.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zoonoz İnfeksiyaların Tədqiqi Milli Mərkəzi məlumat yayıb.

“Ölkədə son 10 ildə taun xəstəliyinə 21 yoluxma faktı qeydə alınıb, onlardan 9-u ölümlə nəticələnib ki, bu da yüksək rəqəm hesab olunur. 2023-cü ildə aparılan testlər nəticəsində şübhəli 13 haldan 5-də aşkarlanıb, onlardan biri dünyasını dəyişib”, - məlumatda deyilir.

2024-cü ilin iyul ayına ölkənin 15 rayonunda 139 məntəqədə taunun təbii ocaqları var.

Qeyd edək ki, elmdə virulentlik gücü yoluxdurucu doza və öldürücü doza kimi göstəricilərlə ifadə edilir. Virulentlik riyazi olaraq insanı yoluxdurmaq üçün tələb olunan minimal virus hissəciklərinin sayı ilə ifadə edilir. Virusu orqanizmdən kənar laborator şəraitdə saxladıqda onun virulentliyi azalır.


Вернуться назад