Главная > Dünya > ABŞ-nin İsraildəki səfirliyinin yaxınlığında partlayış olub, ölən və yaralananlar var

ABŞ-nin İsraildəki səfirliyinin yaxınlığında partlayış olub, ölən və yaralananlar var


19-07-2024, 09:41. Разместил: azadses
ABŞ-nin İsraildəki səfirliyinin yaxınlığında dron partlayışı nəticəsində azı bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

“Təcili xidmət əməkdaşları tərəfindən aparılan axtarışlar zamanı partlayış yerinin yaxınlığındakı mənzildə cansız kişi meyiti aşkar edilib”, – nəşr bildirib. Daha yeddi nəfər isə yaralanıb.

Məlumata görə, partlayış Amerikanın Təl-Əvivdəki diplomatik nümayəndəliyinin binasından 100 metr aralıda olub. Şahidlərin sözlərinə görə, dəniz tərəfdən əraziyə dron uçub. Hazırda irəli sürülən bu versiya aidiyyəti qurumlar tərəfindən araşdırılır.


Вернуться назад