Главная > Dünya > Almaniya Nigerlə hərbi əməkdaşlığı davam etdirməyəcək

Almaniya Nigerlə hərbi əməkdaşlığı davam etdirməyəcək


17-07-2024, 11:15. Разместил: azadses
Almaniya Nigerlə hərbi əməkdaşlığı davam etdirməyəcək.

"Report" "Maghreb Arabe Presse" agentliyinə istinadən xəbər verir ki, bunu Abidcanda Almaniyanın xarici işlər naziri Annalena Berbok Fil Dişi Sahili Prezidenti Alassane Ouattara ilə birgə mətbuat konfransı zamanı deyib.

O bildirib ki, rəsmi Niameylə (Nigerin paytaxtı-red.) münasibətlər düzgün olmayan məcraya doğru gedir.

"Hərbi əməkdaşlığı davam etdirmək mümkün deyil, çünki əvvəllər mövcud olan etibarlılıq artıq yoxdur", - A.Berbok qeyd edib.


Вернуться назад