Главная > Dünya > Konqoda ordu düşərgəsinə hücumda ölənlərin sayı 72 nəfərə çatıb

Konqoda ordu düşərgəsinə hücumda ölənlərin sayı 72 nəfərə çatıb


17-07-2024, 08:51. Разместил: azadses
İyulun 13-14-də Konqo Demokratik Respublikasının qərbində “Mobondo” yaraqlı qruplaşmasının ordu düşərgəsinə hücumu həlak olanların sayı 72-yə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Hücum nəticəsində ölənlərdən 9-u hərbçidir.

Belə ki, yak xalqından olan Mobondo silahlıları Mai-Ndombe əyalətinin Kvamut bölgəsində kəndlərdən birini mühafizə edən hərbi mövqelərə hücum edib. Ordu düşərgəsinə hücum yak və teke xalqları arasında icmalararası münaqişənin bir hissəsi olaraq baş verib.


Вернуться назад