Главная > Dünya > ABŞ-də MKİ-nin keçmiş əməkdaşı Cənubi Koreya kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunub

ABŞ-də MKİ-nin keçmiş əməkdaşı Cənubi Koreya kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunub


17-07-2024, 08:00. Разместил: azadses
ABŞ hakimiyyəti Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Syu Mi Terrini Cənubi Koreya kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edib.

"Report" xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub dairəsi üzrə məhkəmənin açıqlamasında deyilir.

Qeyd edildiyi kimi, o 2013-cü ildə işə götürülüb və 10 il Cənubi Koreya ilə əməkdaşlıq edib. Məlumat ötürmək müqabilində Syu Mi bahalı əşyalar, bahalı restoranlara giriş bileti, və tədqiqat proqramlarını maliyyələşdirmək üçün on minlərlə dollar alıb.

Sənəddə həmçinin bildirilir ki, müttəhim 2023-cü ilin iyununda Cənubi Koreya kəşfiyyatı üçün işlədiyini etiraf edib.


Вернуться назад