Главная > Dünya > Parisdə silahlı şəxs hərbçiyə hücum edib

Parisdə silahlı şəxs hərbçiyə hücum edib


16-07-2024, 10:29. Разместил: azadses
Parisdə bıçaqla silahlanmış şəxs hərbi patrula hücum edərək hərbçilərdən birini yaralayıb.

“Report” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

“Asayişin qorunması əməliyyatında iştirak edən əsgər Parisdə Şərq vağzalında patrul xidməti apararkən bıçaqlanıb. Onun həyatı təhlükədə deyil. Hücum edən şəxs saxlanılıb”, – nazir sosial şəbəkədə yazıb.

BFMTV qeyd edib ki, müşahidə kameralarının görüntülərinə görə, şübhəli şəxs hücum etməzdən əvvəl bir müddət hərbi patrulu izləyərkən görünüb. Onun təxminən 30 sm uzunluğunda ülgüclü bıçaqla silahlandığı vurğulanıb.


Вернуться назад