Главная > Dünya > Nepalda torpaq sürüşməsi nəticəsində azı 65 nəfər itkin düşüb

Nepalda torpaq sürüşməsi nəticəsində azı 65 nəfər itkin düşüb


12-07-2024, 10:30. Разместил: azadses
Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 65 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, Katmanduya gedən avtobusda 24 nəfər, digər Katmandu-Gaur avtobusunda isə 41 nəfər olub. Qəza zamanı 3 sərnişin avtomobildən çıxa bilib.

Hadisə baş verən yolun bir hissəsi sürüşmə səbəbindən bağlanıb.
Вернуться назад