Главная > Dünya > ABŞ 1994-cü ildə Ukraynanın NATO-ya üzvlüyü məsələsi üzərində gizli işləyirmiş

ABŞ 1994-cü ildə Ukraynanın NATO-ya üzvlüyü məsələsi üzərində gizli işləyirmiş


10-07-2024, 12:10. Разместил: azadses
1994-cü ildə Amerika hakimiyyəti gizli şəkildə Ukraynanın NATO-ya qoşulması məsələsi üzərində işləyirmiş.

“Report” xəbər verir ki, bu, ABŞ hökumətinin məxfilikdən çıxarılmış sənədlərində göstərilib.

Qeyd olunub ki, Bill Klinton administrasiyasında ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi vəzifəsində çalışmış Entoni Leykin müəllifi olduğu “NATO-nun genişlənmə planları”na dair sənədə əsasən Vaşinqton NATO-nun Mərkəzi və Şərqi Avropa ölkələrinə genişlənməsini əhatə edən, lakin bununla məhdudlaşmayan inteqrasiya olunmuş və inklüziv təhlükəsizlik sistemi yaratmağa ümid edirmiş.

“Ukrayna və Baltikyanı ölkələrin NATO-ya üzvlük imkanlarını dəstəkləmək lazımdır. Onların nə boz zonada, nə də Rusiyanın təsir dairəsində olmasına imkan vermək olmaz”, - məlumatda qeyd edilib.

Eyni zamanda, sənəddə qeyd olunub ki, uzunmüddətli perspektivdə demokratik Rusiyanın alyansa qoşulma ehtimalını tamamilə istisna etmək olmaz.

Leykə ünvanlanmış 1994-cü il dekabr tarixli məktubdan belə çıxır ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının əməkdaşları qeyd ediblər ki, Ukraynanın NATO-ya üzvlük ehtimalı Rusiyanın həssas münasibətini nəzərə alaraq, açıq şəkildə müzakirə edilməməlidir.


Вернуться назад