Главная > Dünya > NATO Ukraynaya yeni nümayəndə göndərəcək

NATO Ukraynaya yeni nümayəndə göndərəcək


10-07-2024, 10:30. Разместил: azadses
Şimali Atlantika Müqaviləsi Təşkilatı Ukraynaya yeni nümayəndə göndərəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində bildirib.

“NATO-nun yeni yüksək rütbəli nümayəndəsi Ukraynaya gedəcək. O, Ukraynanın alyansla institusional əlaqələrini dərinləşdirəcək”, o vurğulayıb.

Onun sözlərinə görə, alyansın nümayəndəsi həmçinin NATO rəhbərliyi ilə Ukrayna hökumət rəsmiləri arasında qarşılıqlı əlaqələri koordinasiya edəcək.


Вернуться назад