Главная > Dünya > ABŞ Yəməndə husilərə zərbə endirib

ABŞ Yəməndə husilərə zərbə endirib


8-07-2024, 11:15. Разместил: azadses
ABŞ ordusu Yəmənə yeni zərbə endirib və husilərin “Ənsar Allah” hərəkatına məxsus iki pilotsuz uçan aparatı məhv edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb.

“Son 24 saat ərzində CENTCOM qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazidə iki PUA-nı məhv edib”, – Komandanlığın bəyanatında deyilir.

Xatırladaq ki, daha əvvəl “Ənsar Allah” Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gravely” esminesinə iki gəmi əleyhinə raket atıb, onlar zərərsizləşdirilib.


Вернуться назад