Главная > Dünya > WSJ: Demokratlar Harrisi Baydenin yeganə mümkün əvəzləyicisi kimi görürlər

WSJ: Demokratlar Harrisi Baydenin yeganə mümkün əvəzləyicisi kimi görürlər


8-07-2024, 08:51. Разместил: azadses
Demokratlar Partiyasının elitası ABŞ-nin vitse-prezidenti Kamala Harrisi prezidentlik yarışında ABŞ lideri Cozef Baydenin yerinə yeganə namizəd kimi qiymətləndirir.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” bildirib.

“Artıq elita arasında konsensus var ki, yeganə alternativ, vitse-prezident Kamala Harrisdir. Onun da seçkilərdə Trampdan geri qaldığına dair şikayətlər olacaq və o, inflyasiya və Baydendən qalan digər problemlər üçün bəhanələr gətirməli olacaq. Bununla belə, kimlik siyasətinə pərəstiş edən bir partiyanın elitası azlıqda olan qadının namizədliyini rədd etməkdən çəkinəcək”, – qəzet qeyd edib.

Məqalə müəlliflərinin fikrincə, demokratlar Baydenin prezident seçkilərində partiyanın namizədi ola biləcək Harrislə əvəzlənməsi məsələsini milli qurultayda rəsmi şəkildə həll etməlidir ki, bu da “qlobal diqqəti cəlb edəcək”.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.


Вернуться назад