Главная > Dünya > Britaniyanın yeni xarici işlər naziri ilk səfərini Almaniyaya edib

Britaniyanın yeni xarici işlər naziri ilk səfərini Almaniyaya edib


7-07-2024, 18:03. Разместил: azadses
Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi bu vəzifədə ilk dəfə olaraq Almaniyada xarici səfərdədir.

Bu barədə “Report” xarici KİV-lərə istinadən xəbər verir.

"Avropa müttəfiqləri ilə münasibətlərimizi yenidən qurmağın vaxtı gəldi. Məhz buna görə xarici işlər naziri olaraq ilk səfərimlə Almaniyadayam", - Lemmi deyib.

O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə ümumi təhdidlərə qarşı çıxmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.


Вернуться назад