Главная > Dünya > Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək

Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək


7-07-2024, 14:42. Разместил: azadses
Bazar günü Fransa parlamentinin aşağı palatasına seçkilərin ikinci turu keçiriləcək.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılacaq və iş saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başa çatacaq.

Bəzi şəhər və departamentlərdə məntəqələrin cədvəli fərqli ola bilər. Xüsusilə böyük şəhərlərdə, o cümlədən Parisdə fransalılar saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) səs verə biləcəklər.

Qeyd olunur ki, seçkilərin ilk nəticələrinin yerli vaxtla saat 20:00-dan sonra açıqlanacağı gözlənilir.


Вернуться назад