Главная > Dünya > Dövlət Departamenti: İrandakı seçkilərin nəticələri ABŞ-nin onunla bağlı siyasətinə təsir etməyəcək
Dövlət Departamenti: İrandakı seçkilərin nəticələri ABŞ-nin onunla bağlı siyasətinə təsir etməyəcək7-07-2024, 13:00. Разместил: azadses |
İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-nin bu ölkəyə qarşı siyasətinə təsir etməyəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib. "Seçkilər İrana yanaşmamıza əhəmiyyətli təsir göstərməyəcək", - o deyib. Onun sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlıqları dəyişməz qalır: "Eyni zamanda, Amerika maraqlarına cavab verdiyi zaman diplomatiyaya sadiq qalırıq". Rəsmi ABŞ hakimiyyətinin İrandakı seçkilərin azad və ədalətli olmadığı iddiası təkrarlayıb. "Biz bu seçkilərin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya vətəndaşları üçün insan hüquqlarına daha çox riayət olunmasına gətirib çıxaracağını gözləmirik", - qurumun nümayəndəsi bildirib. Вернуться назад |