Главная > Dünya > Konqoda üsyançılarla hökumət qüvvələri arasında intensiv döyüşlər gedir

Konqoda üsyançılarla hökumət qüvvələri arasında intensiv döyüşlər gedir


4-07-2024, 11:19. Разместил: azadses
Konqo Demokratik Respublikasının (KDR) şərqində hücum edən üsyançı qüvvələrlə yerli silahlıların dəstəyi ilə ağır artilleriyadan istifadə edən hökumət qüvvələri arasında gərgin döyüşlər gedir.

"Report"un məlumatına görə, bu barədə Konqonun "Actualite" xəbər portalı xəbər yayıb.

Məlumata görə, “23 Mart hərəkatı”nın (M23) üsyançı qruplaşması strateji əhəmiyyətli N2 şosesində yerləşən Kaseqe yaşayış məntəqəsini ələ keçirmək üçün Butembo şəhərinə (Şimali Kivu əyaləti) doğru irəliləmək cəhdlərini davam etdirir.

Ötən həftə M23 silahlıları iki gün ərzində Şimali Kivuda üç böyük şəhəri - Kanyabayonqa, Kayqa və Kirumbanı ələ keçirib. Üsyançılar indi N2 boyunca şimala doğru irəliləyirlər. Portal xəbər verir ki, Kaseke Kirumbadan 10 km şimalda yerləşir.

Butembo əhalisi 154 min nəfərə çatan Kaseqedən 110 km şimalda yerləşir.


Вернуться назад