Главная > Dünya > Cənubi Koreya son altı ildə ilk dəfə şimalla sərhəddə təlimlər keçirir

Cənubi Koreya son altı ildə ilk dəfə şimalla sərhəddə təlimlər keçirir


2-07-2024, 13:59. Разместил: azadses
Cənubi Koreya Şimali Koreya ilə sərhəddə gərginliyi azaltmaq üçün ikitərəfli razılaşmalar çərçivəsində altı il əvvəl dayandırılmış təlimləri bərpa edib.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, artilleriya təlimləri Kyonqqi və Qanqvon əyalətlərində baş tutub. Manevrlərə K-9 özüyeriyən artilleriya qurğuları cəlb edilib.

Keçən həftə Cənubi Koreya Silahlı Qüvvələri Seuldan 140 km cənub-qərbdə yerləşən poliqonda "Cheonmu" çoxsaylı buraxılış raket sistemləri ilə canlı atəş təlimləri keçirib.
Вернуться назад