Главная > Dünya > YUNESKO: Torpağın deqradasiyası insan həyatı üçün risklər yaradır

YUNESKO: Torpağın deqradasiyası insan həyatı üçün risklər yaradır


2-07-2024, 12:11. Разместил: azadses
Torpağın sürətli deqradasiyası biomüxtəliflik və insan həyatı üçün risklər yaradır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının baş direktoru Odri Azule beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Torpaqlar Yerdəki həyatın canlanmasında mühüm rol oynayır, lakin onlar hələ də çox vaxt diqqətdən kənarda qalır və ya pis idarə olunur", - Azule bildirib.

O, YUNESKO-nun üzv dövlətlərini torpağın mühafizəsi və bərpasını təkmilləşdirməyə çağırıb: “Təşkilatımız torpaqşünaslıq sahəsində altmış illik təcrübə ilə ölkələrə biliklərin təkmilləşdirilməsinə və lazımi tədbirlərin görülməsi üçün mütəxəssislərin hazırlanmasına kömək edəcək”.


Вернуться назад