Главная > Dünya > İstanbulda dördmərtəbəli bina qismən uçub

İstanbulda dördmərtəbəli bina qismən uçub


27-06-2024, 13:04. Разместил: azadses
Türkiyənin İstanbul şəhərində 4 mərtəbəli bina qismən uçub.

Bu barədə “Report” NTV telekanalına istinadən xəbər verir.

Hadisə bu gün səhər saatlarında İstanbulun Avropa hissəsində, Bahçelievler səmtində baş verib.

Dağıntıların altında insanların ola biləcəyi ehtimal edilir. Hadisə yerinə təcili yardım və xilasetmə xidmətləri cəlb edilib.


Вернуться назад