Главная > Dünya > Bloomberg: Asiya getdikcə Qərbdən asılılığını azaldır
Bloomberg: Asiya getdikcə Qərbdən asılılığını azaldır27-06-2024, 12:10. Разместил: azadses |
Asiya ölkələrinin Qərbdən asılılığı getdikcə azalır və onlar iqtisadi maraqlarını daha çox Çin və ya Rusiya ilə əlaqələndirirlər. “Report” xəbər verir ki, bubarədə “Bloomberg” məlumat yayıb. Belə bir dönüşə misal olaraq “Bloomberg” Malayziyanın baş naziri Ənvər İbrahimin ölkəsinin BRİKS-ə qoşulmaq istəyi ilə bağlı son bəyanatını göstərir. Qeyd olunub ki, bu assosiasiya 1990-cı illərdə Asiya maliyyə böhranı zamanı regionun bəzi ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərən sərt tədbirləri ilə məşhurlaşan Qərbin rəhbərlik etdiyi qurumlara, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna alternativə çevrilib. Nəşr əlavə edib ki, bu qrupun üzvləri beynəlxalq aləmdə “ABŞ hegemonluğuna” qarşı çıxır və üzvlərinin sayını artırmaqla G7-yə daha uğurlu müqavimət göstərə bilirlər. Вернуться назад |