Главная > Dünya > Azərbaycan ÜST-nın “karantin ləğv olunsun” çağırışına nə CAVAB VERƏCƏK?

Azərbaycan ÜST-nın “karantin ləğv olunsun” çağırışına nə CAVAB VERƏCƏK?


18-08-2020, 14:12. Разместил: azadses
"May ayından başlayaraq biz də bunu deyirik”.

Sfera.az-a açıqlamasında bu sözləri ÜST-nin baş epidemoloqu Maria Van Kerkxovun koronavirus infeksiyasına görə daha karant rejimini tətbiq etməmək çağırışına münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:
 
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, karantin rejimi, "evdə qal” rejimi ləğv olunmalıdır. Amma insanların sosial məsafə gözləməsi, maska taxmaları şərt olaraq qalır. May ayından başlayaraq bəyan etmişəm ki, "evdə qal” karantini ləğv olunmalıdır. Bu insanların immun sisteminə pis təsir edir”.
 
Həkim bildirdi ki, pandemiya ilə yaşamağa öyrəşməliyik:
 
 
"Sadəcə, qorunma vasitələrindən istifadə etməliyik. Çünki bu vasitələr yetərincə insanları virusdan qoruyur. Amma ölkəmizdə insanlar maska taxmağı özlərinə rəva görmürlər. ÜST qərara gəlib ki, karantin ləğv edilsin, sadəcə karantin davranışlarına əməl etməklə insan öz həyatını yaşaya bilər. Təklifləri bundan ibarətdir ki, bunu da may ayından deyirəm. Hesab edirəm ki, vətəndaşlar birinci növbədə günahı özlərində axtarmalıdır. Davranış qaydalarına riayət etməliyik, maska taxmalı, sosial məsafə saxlamalıyıq.ÜST-in həmin qərarı doğrudur”.

"ÜST-nin təklifinə yaradıcı surətdə yanaşacağıq”

Bunu isə sayta açıqlamasında baş infeksionist Cəlal İsayev deyib:
 
 
"İnsanlar tövsiyyələrə əməl etməsələr, karantinin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Yəni burada əsas məsələ tövsiyyələrə riayət etmək, məsafənin gözlənilməsi, maskadan istifadə, gigiyena qaydalarına əməl etməkdir. Bu tədbirlərə əməl olunarsa, karantin tədbirləri tətbiq olunmasa belə yoluxma sayı sürətlə azalacaq.
 
Amma karantin tədbirləri həyata keçirib, tövsiyyələrə əməl etməməklə yenidən virusa yoluxma hallarının sayını artıracağıq. Bu bir aksiomadır. ÜST bir çox təkliflər verib ki, onlardan da bəzilərindən yararlanır və yerli xüsusiyyətləri nəzərə alaraq tətbiq edirik. Yəni ÜST-in verdiyi təkliflərə heç zaman gözüyumulu əməl etmirik, onun üzərində işləyir, sonra tətbiq edirik. Söhbət yoxdur ki, karantin müəyyən qədər insanın psixologiyasına təir edir. Amma hər halda, karantin tədbirləri sərt də olmasa, müəyyən mənada aparıla bilər. ÜST karantinə ehtiyac olmaması təklifilə çıxış edə bilər, lakin bütün halda ona yaradıcı surətdə yanaşacağıq”.


Вернуться назад