Главная > Dünya > Türkiyədə otluq sahədə yanğın olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Türkiyədə otluq sahədə yanğın olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB


21-06-2024, 13:00. Разместил: azadses
Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı otluq ərazidə yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

O, qeyd edib ki, yanğın zamanı Diyarbəkirdə 3, Mardində 2 nəfər həyatını itirib.

Hadisə zamanı daha 44 nəfər yaralanıb.

04:08
Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı otluq ərazidə yanğın olub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Yanğının əhatə dairəsi küləyin təsirindən genişlənib. Əraziyə yanğınsöndürənlər, Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları, təcili yardım briqadaları, xilasedicilər cəlb olunub.

Yanğın nəticəsində 4 nəfər ölüb, daha 19 nəfər xəsarət alıb.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.


Вернуться назад