Главная > Dünya > İspaniyada 36 milyon avroluq narkotik ələ keçirildi

İspaniyada 36 milyon avroluq narkotik ələ keçirildi


20-06-2024, 18:05. Разместил: azadses
Kataloniyanın (İspaniya) hüquq-mühafizə orqanları dəniz yolu ilə Mərakeşdən regiona həşiş gətirən böyük cinayətkar şəbəkənin fəaliyyətini dayandırıblar.

Bu barədə yerli polisin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 40 nəfər saxlanılıb.

Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları qara bazarda dəyəri 36 milyon avroya çata bilən 18 tondan çox həşiş, eləcə də odlu silahlar müsadirə ediblər.

İstintaq təxminən doqquz aya yaxın davam edib.

Mənbə: TASS


Вернуться назад