Главная > Dünya > Türkiyədə atlar çimərlikdəki insanlara qorxulu anlar yaşatdılar

Türkiyədə atlar çimərlikdəki insanlara qorxulu anlar yaşatdılar


20-06-2024, 17:11. Разместил: azadses
Türkiyənin Şilə rayonunda çimərliyə gətirilən iki at dənizdə üzməyə gələn insanlara qorxulu anlar yaşadıb.

Belə ki, iki gənc sahib olduqları atları dəniz kənarına gətiriblər. Atları bir müddət gəzdirdikdən sonra yəhərini əllərindən qaçırıblar. Bu zaman heyvanlar təşviş içində çimərliyə gələn yüzlərlə insanın üzərinə doğru qaçmağa başlayıblar.

Həmin anlar çimərlikdəki insanlar tərəfindən mobil telefonla lentə alınıb.

Mənbə: İHA


Вернуться назад