Главная > Dünya > Türkiyə şirkəti Azərbaycanda zəlzələ risklərini modelləşdirməyi nəzərdən keçirir

Türkiyə şirkəti Azərbaycanda zəlzələ risklərini modelləşdirməyi nəzərdən keçirir


20-06-2024, 12:10. Разместил: azadses
Türkiyənin “T-Rupt” şirkəti Azərbaycanda zəlzələ risklərinin modelləşdirilməsi layihəsinin həyata keçirilməsinə başlamağı nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “T-Rupt”ın baş direktoru Erdem Karabostan “Anadolu”ya söyləyib.

Karabostan qeyd edib ki, “T-Rupt” müxtəlif tədbirlərə qatılaraq Bakı ilə fəal ünsiyyət saxlayır.

Ötən ayın sonunda şirkətin nümayəndələri Bakıda Mərkəzi Bank və Azərbaycan İcbari Sığorta Bürosunun birgə təşkil etdiyi maliyyə sisteminin fəlakətli risklərə qarşı dayanıqlığına həsr olunmuş konfransda iştirak ediblər.

“Biz tezliklə Azərbaycan zəlzələ modelini hazırlamaq üçün layihəmizə başlamağı planlaşdırırıq”, – o deyib.

Karabostan stratejik prioritetləri arasında Şərqi Avropa və türk respublikalarının olduğunu vurğulayıb.


Вернуться назад