Главная > Dünya > ABŞ husilərin radarlarını və bir PUA-sını zərərsizləşdirib

ABŞ husilərin radarlarını və bir PUA-sını zərərsizləşdirib


18-06-2024, 15:31. Разместил: azadses
ABŞ ordusu Yəmənin “Ansar Allah” hərəkatının husi üsyançılarının dörd radarını zərərsizləşdirib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı xəbər yayıb.

“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində dörd radar və bir pilotsuz suüstü aparatını uğurla məhv edib”, - komandanlığın “X” sosial hesabında yayılan bəyanatında deyilir.

Bundan əlavə, komandanlıq qüvvələri Qırmızı dəniz üzərində husilərə məxsus bir pilotsuz uçuş aparatını zərərsizləşdirib.


Вернуться назад