Главная > Dünya > Mərsində ağır yol qəzasında 8 nəfər yaralanıb

Mərsində ağır yol qəzasında 8 nəfər yaralanıb


17-06-2024, 12:09. Разместил: azadses
Türkiyənin Mərsin şəhərinin Yenişəhər rayonunda minik avtomobilinin heyvan bazarına soxulması biri ağır olmaqla səkkiz nəfərin yaralanması, 20 xırdabuynuzlu heyvanın isə tələf olması ilə nəticələnib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi bildirib.

Məlumata görə, hadisə rayonun Dəniz məhəlləsində baş verib.

“Sürücüsünün kimliyi bəlli olmayan avtomobil <...> hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı qurbanlıq heyvan bazarına soxulub <...> Qəzada biri ağır olmaqla səkkiz nəfər, o cümlədən bir uşaq yaralanıb. 20 xırdabuynuzlu heyvan tələf olub”, – telekanal nəql edib.

Qeyd olunub ki, yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıblar.

Avtomobilin sürücüsü isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад