Главная > Dünya > Kuba XİN: ABŞ sualtı qayığı dəvət olmadan ölkə akvatoriyasına daxil olub

Kuba XİN: ABŞ sualtı qayığı dəvət olmadan ölkə akvatoriyasına daxil olub


15-06-2024, 14:00. Разместил: azadses
Kuba Xarici İşlər Nazirliyi ABŞ-nin “USS Helena” sualtı qayığının ölkənin akvatoriyasında olmasından xəbərdardır, lakin bu səfərlərin dəvət əsasında həyata keçirilməli olduğunu təkid edir.

“Report” xəbər verir ki, bunu adanın xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio Dominges söyləyib.

“Biz onların mövcudluğu barədə bilirdik, çünki [...] ABŞ bizi əvvəlcədən məlumatlandırıb”, – diplomat qeyd edib və əlavə edib: “Ancaq aydındır ki, Kubaya qarşı rəsmi düşmənçilik siyasəti aparan ölkəyə məxsus bu tipli texnikanın ərazimizdə olmasını və sularımızdan keçməsini bəyənmirik”.

Xatırladaq ki, ABŞ Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilər dəstəsinin Kubaya səfəri fonunda yüksək sürətli sualtı “USS Helena” gəmisini Quantanamo körfəzinə göndərmişdi.


Вернуться назад