Главная > Dünya > Albaniyada futbola görə parlamentin iclası ləğv edildi
Albaniyada futbola görə parlamentin iclası ləğv edildi14-06-2024, 16:21. Разместил: azadses |
Albaniya parlamentinin gələn həftə baş tutmalı olan plenar iclası ləğv edilib. Buna 140 deputatın əksəriyyətinin AVRO-2024 üçün Albaniya millisinin oyunlarına qatılmaq məqsədilə Almaniyaya getməsi səbəb olub. Məlumata görə, deputatların çoxu Almaniyaya maşınla gedəcək və onların səfəri bir gündən çox çəkəcək. Vurğulanıb ki, bu məqsədlə iyunun 13-də baş tutmalı olan daha bir iclas iyunun 12-də keçirilib. Qeyd edək ki, Avropa çempionatında Albaniya yığması İspaniya, Xorvatiya və İtaliya ilə eyni qrupda çıxış edəcək. Mənbə: championat.com Вернуться назад |