Главная > Dünya > Husi üsyançıları üç ticarət gəmisinə hücum edib

Husi üsyançıları üç ticarət gəmisinə hücum edib


14-06-2024, 08:52. Разместил: azadses
Yəmənin “Ansar Allah” hərəkatının husi üsyançıları üç ticarət gəmisinə - “Verbena”, “SeaGuardian” və “Athina”ya hücum ediblər.

“Report” xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya “Əl Məsirə” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, raket hücumu nəticəsində Ərəbistan dənizində olan “Verbena” yük gəmisinin göyərtəsində yanğın baş verib.

Qırmızı dənizdə olan “SeaGuardian” və “Athina” neft tankerləri pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.


Вернуться назад