Главная > Dünya > İrəvanda silahlı hücum olub, ölən və yaralanan var

İrəvanda silahlı hücum olub, ölən və yaralanan var


12-06-2024, 09:29. Разместил: azadses
İrəvanda açılmış atəş nəticəsində azı bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Shamshyan” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə paytaxtın Açapnyak rayonunda baş verib. Naməlum şəxs “Toyota Land Cruiser” markalı avtomobili atəşə tutub, bu da qəzaya yol açıb. Yolsuzluq avtomobilində olan bir nəfər ölüb, bir nəfər isə güllə yarası alıb.

Qətlə yetirilmiş şəxsin kriminal dairələrdə “Faz” ləqəbi ilə tanındığı iddia edilir.

Hadisə yerində nəqliyyatın hərəkəti dayandırılıb.


Вернуться назад