Главная > Dünya > Haitinin yeni seçilmiş Baş naziri xəstəxanaya yerləşdirilib
Haitinin yeni seçilmiş Baş naziri xəstəxanaya yerləşdirilib9-06-2024, 15:30. Разместил: azadses |
Haitinin yeni seçilmiş Baş naziri Harri Konill astma tutmasından sonra xəstəxanaya çatdırılıb. “Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən “Associated Press” məlumat yayıb. Qeyd olunub ki, Baş nazirin nəfəs almasında problemlər yaranıb, bundan sonra o, dərhal xəstəxanaya yerləşdirilib. Rəsmi açıqlamada hökumət başçısının özünü bir qədər pis hiss etdiyi və hazırda vəziyyətinin stabil olduğu bildirilib. Konillin xəstəxanada olması prezident keçid şurasının üzvlərindən biri tərəfindən təsdiqlənib. Вернуться назад |