Главная > Dünya > KXDR bir gündə Cənubi Koreyaya 330 hava balonu ilə tullantı göndərilib

KXDR bir gündə Cənubi Koreyaya 330 hava balonu ilə tullantı göndərilib


9-06-2024, 13:54. Разместил: azadses
Koreya Xalq Demokratik Respublikasından (KXDR) Cənubi Koreya tərəfə 9 iyun tarixində 330 hava balonu ilə tullantı bağlamaları göndərilib.

“Report” Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 80-ə yaxın hava şarı yerə düşüb. “Bir çox hava şarı dənizə düşüb və bəziləri Şimali Koreya ərazilərinə qayıdıb. Çoxlu sayda zibil balonları hədəflərinə çatmayıb və görünür, onlar təsirli olmadı”, - nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın hava şarları ilə zibil göndərməsindən sonra 2018-ci il imzalanmış Koreyalararası hərbi deeskalasiya sazişini tam dayandırıb və iki ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında hərbi fəaliyyətləri bərpa etməyi qərara alıb.

Bundan başqa, Cənubi Koreyaya sığınmış şimallılar sərhəd zonada səsgücləndiricilər vasitəsilə Şimali Koreya əleyhinə təbliğat yayımını bərpa edib.


Вернуться назад