Главная > Dünya > Mişel Obama: "Tramp ABŞ-a yaraşan prezident deyil"
Mişel Obama: "Tramp ABŞ-a yaraşan prezident deyil"18-08-2020, 12:14. Разместил: azadses |
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın fikrincə, hazırkı dövlət başçısı Donald Tramp ölkəyə yaraşan prezident deyil. “Report” “CNN”ə istinadən xəbər verir ki, Demokrat Partiyasının bu il noyabr ayında keçiriləcək prezident seçkilərində prezidentliyə və vitse-prezidentliyə namizədlərini müəyyənləşdirmək üçün keçirdiyi “2020 Demokratik Milli Konvensiya”da nitq söyləyən M.Obama bu barədə deyib: “Mən bacardığım qədər dürüst və təmiz olmağa çalışacağam. Donald Tramp ölkəmiz üçün yanlış prezidentdir. Onun iş görməyə qadir olduğunu sübut etmək üçün artıqlaması ilə vaxtı vardı, lakin, bu, açıq-aşkar onun girdiyi kol deyil. Sadəcə, o, bizim ehtiyac duyduğumuz kimi olmağı bacarmır. Bu, belədir”. On doqquz dəqiqəlik çıxışı zamanı sabiq birinci xanım Prezident D.Trampı “bütövlüklə empati çatışmazlığı” dedikləri üçün "yuyub sərərək", digər tərəfdən demokratların namizədi, keçmiş vitse-prezident Co Baydeni tərifləyib. “O, iqtisadiyyatı xilas etməyin, pandemiyanı dayandırmağın yollarını yaxşı bilir. O, dinləyir. O, həqiqəti söyləyəcək, elmə etimad göstərəcək”, - M.Obama bildirib. Вернуться назад |