Главная > Dünya > Keniya-Somali sərhədində silahlı hücum nəticəsində 4 inşaat işçisi həlak olub
Keniya-Somali sərhədində silahlı hücum nəticəsində 4 inşaat işçisi həlak olub9-06-2024, 09:41. Разместил: azadses |
Keniyanın Somali ilə sərhədə yaxın ərazidə xəstəxana tikintisində işləyən 4 inşaat işçisi silahlılar tərəfindən öldürülüb. “Report”un məlumatına görə, bu barədə "Associated Press" yerli polisə istinadən məlumat yayıb. Belə ki, insidentin baş verdiyi tikinti sahəsi Keniyanın ən böyük qaçqın düşərgəsi olan Dadaab, “Əl-Şəbab” silahlı qruplaşmasının yerləşdiyi Somali ilə sərhəd yaxınlığında yerləşir. Yerli polis bildirib ki, hücumu əvvəllər podratçıya xəbərdarlıq edən silahlı qrup həyata keçirib. Hücumların sayının artması fonunda Keniya hökuməti ölkənin şimalında təhlükəsizlik əməliyyatlarına başladığını elan edib. Son hücumlar səlahiyyətliləri Somali ilə 2011-ci ildə bağlanmış 700 kilometrlik sərhədin yenidən açılması planlarını təxirə salmağa məcbur edib. Вернуться назад |