Главная > Dünya > ABŞ yaxın vaxtlarda Qəzzaya yardımın çatdırılmasını bərpa edəcək

ABŞ yaxın vaxtlarda Qəzzaya yardımın çatdırılmasını bərpa edəcək


8-06-2024, 13:00. Разместил: azadses
Birləşmiş Ştatlar zərər çəkdikdən sonra təmir edilən müvəqqəti körpü vasitəsilə Qəzza zolağında ehtiyacı olan fələstinlilərə humanitar yardımın çatdırılmasını tezliklə bərpa edəcək.

"Report"un məlumatına görə, bunu jurnalistlərə brifinqdə vitse-admiral, ABŞ Mərkəzi Komandanlığının rəhbərinin müavini Bred Kuper deyib.

Onun sözlərinə görə, amerikalı hərbçilər körpünün yenidən işə salınması məsələsində "aktuallığı tam dərk edərək hərəkət edirlər". "İnsanlara mümkün qədər tez kömək etmək istəyirik", - Kuper deyib.

Kuper qeyd edib ki, may ayının ilk həftəsi ərzində estakada vasitəsilə Qəzzaya 907,1 min tondan çox humanitar yardım çatdırılıb. O, iki gün ərzində estakada yenidən açıldıqdan sonra tədarükün 455 000 tona çatdırılacağını gözləyir.

Kuper başqa bir fövqəladə vəziyyət yaranacağı təqdirdə ABŞ ordusunun bir sıra planlarının olduğunu söyləyib. "Bizim hava şəraitinə uyğunlaşmaq üçün bir sıra fövqəladə planlarımız var", - vitse-admiral vurğulayıb.


Вернуться назад