Главная > Dünya > Estoniya üçüncü ölkə vətəndaşları üçün daşınmaz əmlak alışını məhdudlaşdırmaq istəyir

Estoniya üçüncü ölkə vətəndaşları üçün daşınmaz əmlak alışını məhdudlaşdırmaq istəyir


8-06-2024, 11:15. Разместил: azadses
Estoniya üçüncü ölkə vətəndaşlarının dövlət üçün strateji əhəmiyyət kəsb edən yerlərdə daşınmaz əmlak almaq imkanlarını məhdudlaşdırmağı planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə ERR yayım şirkəti ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Bununla yanaşı Estoniya hökuməti yerlərin siyahısını açıqlamır. Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Lyaenemets qeyd edib ki, Estoniyada mühüm obyektlərin yanında yerləşən və nəzarət üçün istifadə oluna bilən mənzillər var. Nazirlik qanunu hazırlamaq niyyətini 2024-cü ilin sonuna qədər təqdim etməyi planlaşdırır.


Вернуться назад