Главная > Dünya > İraq Suriya ilə Türkiyəni barışdırmaq istəyir
İraq Suriya ilə Türkiyəni barışdırmaq istəyir6-06-2024, 12:07. Разместил: azadses |
Yaxın günlərdə İraqın paytaxtında Suriya və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar baş tutacaq. “Report”un məlumatına görə, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb. Qeyd olunub ki, Suriya və Türkiyə rəsmiləri arasında görüş İraqın baş naziri Məhəmməd əl-Sudaninin vasitəçilik səyləri sayəsində mümkün olub. Mənbə vurğulayıb ki, İraq Nazirlər Kabinetinin rəhbəri və hökumət üzvləri son vaxtlar Dəməşq və Ankaranı barışdırmaq məqsədi ilə bütün mümkün əlaqələri gizli şəkildə gücləndirib və məqsədə çatmaq üçün bir sıra ikitərəfli görüşlər keçiriblər. Mümkün danışıqlarda nümayəndə heyətlərinin tərkibi və onların keçirilməsinin dəqiq tarixi barədə hələlik məlumat verilməyib. Rəsmi Bağdad dərc edilən xəbərə rəsmi münasibət bildirməyib. Вернуться назад |