Главная > Dünya > Britaniyalı general Londonun yeni dünya müharibəsinə hazır olmadığını bildirib
Britaniyalı general Londonun yeni dünya müharibəsinə hazır olmadığını bildirib6-06-2024, 10:30. Разместил: azadses |
Böyük Britaniya Silahlı Qüvvələri qlobal münaqişənin təkrarlanmasına hazır deyil. “Report” xəbər verir ki, bu fikri Böyük Britaniya Quru Qoşunlarının Baş Qərargah rəisi Patrik Sanders “The Times” qəzetinə müsahibəsində bildirib. İkinci Dünya müharibəsindən danışan general bildirib ki, ötən əsrin ortalarında baş vermiş faciənin təkrarlanmasının qarşısını almağın yeganə yolu etibarlı və güclü ordudur. “Əgər tarixin getdiyi yola nəzər salsanız, bu, yenidən baş verə bilər. Bugünkü tədbirin əhəmiyyəti ondan ibarətdir ki, o, bizə potensial münaqişələrə hazır olmağın vacibliyini və bu miqyasda əməliyyatlar üçün bütün ölkənin səyinin zəruriliyini xatırladır. Bu gün 16 min Britaniya əsgəri 10 Avropa ölkəsində yerləşdirilib. Bu, Britaniya ordusunun 1980-ci illərdən bəri NATO ilə həyata keçirdiyi ən böyük yerləşdirmədir. Ona görə də təbii ki, biz indi əvvəlkindən daha hazırıq, lakin daha çox iş görməliyik”, - o əlavə edib. Вернуться назад |